"Bakı Metropolteni" QSC-nin daha bir yerüstü stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, onun sözlərinə görə, yeni stansiya metronun "Dərnəgül" elektrik deposunun ərazisində inşa ediləcək və "Yaşıl xətt"ə aid olacaq: "Stansiya xüsusi qrafiklə işləyəcək.
Onun şərti adı "Dərnəgül deposu"dur və 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək". (Report)