Gələn ildən Bakı metropoliteni stansiyalarda təmassız ödəniş etmək imkanı yaratmağı nəzərdə tutur.
Eləcə də bax: Avtobus və metroda gediş haqqını telefonla ödəmək - MÜMKÜN OLACAQ
FED.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, artıq prosesin tətbiqi ilə bağlı işlər davam etdirilir: "Texniki dizayn və təkrar sınaq işləri başa çatandan sonra sistem istifadəyə veriləcək. Bundan sonra sərnişinlər smart saatlar, mobil cihazlar, QR kodlar və bank kartları ilə gedişhaqqı ödəyə biləcəklər". (Trend)