Bakı metropoliteninin fəaliyyəti bərpa olunub.
Bu barədə FED.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
"Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - qurumdan əlavə olunub.
***
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Bu barədə FED.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.













