“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.
Eləcə də bax: Vergi ödəyicilərinin ölkədən getmək hüququ nə vaxt məhdudlaşdırılır?
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 13 sentyabr 2020-ci il tarixinə qədər 8 milyon 608 min 897 manat vergi borcu var idi. Hal-hazırda isə “Bakı Metropoliteni” QSC-nin vergi borcu 9 milyon 233 min 487 manat təşkil edir. Belə ki, “Bakı Metropoliteni”nin vergi borcu 624 min 590 manat artıb.
Qeyd edək ki, bu borclar barədə son məlumat 10 noyabr 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.