“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib.
FED.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
Maliyyə departamentinin rəisi vəzifəsinə 35 yaşlı Asəf İsgəndərli təyin edilib.
O bu təyinata qədər “Veysəloğlu” və “Azərsun Holdinq”də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.