“Bakı Metrosunda gediş haqqının müəyyən edilməsi Tarif (Qiymət) Şurasının səlahiyyətindədir.
Eləcə də bax: Bakıda növbəti metro stansiyaları bu ərazilərdə açılacaq – YERLƏR, SİYAHI
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov son vaxtlar metroda geniş haqqının artacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Bu məlumatlar şaiyədir və əmin olun ki, Tarif Şurası müvafiq qərarı elan etməyənə qədər elə şaiyə olaraq qalacaq. Ümumiyyətlə "Bakı Metropoliteni"nin qiymətlərin tənzimlənməsində rolu olmur. Biz sadəcə Tarif Şurasına müraciət edə bilərik, amma hələlik belə bir müraciət yoxdur. Bu gündən sərnişindaşıma prosesinə qoşulmuşuq, nələrin baş verəcəyini isə gələcəkdə görəcəyik və ictimaiyyətə müvafiq məlumatları mütləq çatdıracağıq”, - o bildirib. (Report)