2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən metro işçilərinin orta aylıq maaşı 1 241,5 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 96,8 manat və ya 8,5% çoxdur.
2023-cü ilin yanvar-sentyabr aylarında isə bu sektorda orta aylıq əmək haqqı 1 144,7 manat idi.
Məlumata görə bu nəqliyyat sahəsində çalışan işçilərin sayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 nəfər başqa sözlə 0,3% artaraq 4 min 409 nəfərə çatıb.