Ələt Qəsəbəsində yerləşən Bakı Ticarət Limanı burada Türkmənistana keçmək üçün növbə gözləyən TIR-larla bağlı məlumat yayıb.
Eləcə də bax: Bakı limanında yüzlərlə TIR yığılıb qalıb
Limandan FED.az-a verilən məlumata görə, Ələt qəsəbəsində yerləşən Bakı Limanında Türkmənistan istiqamətində gəmi hərəkəti normal rejimdə həyata keçirilir. Türkmənistana məxsus “Berkarar” gəmisinin təmirdə olması səbəbindən, Bakı Limanında toplanan ağır yüklü nəqliyyat vasitələrinin (TIR) növbəsinin azalması üçün Azərbaycan və Türkmənistan tərəfindən müvafiq işlər həyata keçirilir. Hal-hazırda, 51 TIR yol vergisini ödədikdən sonra “Bəxtiyar” gəmisi ilə Türkmənbaşı limanına yola salınır.
Ümumilikdə Bakı Limanından Türkmənistana yola düşəcək 300-ə yaxın TIR mövcud olan ardıcıllıqla tez bir zamanda yola salınacaq.
«Bakı Limanı sürücülərin rahatlığı üçün müvafiq tədbirlər görür, gözləmə vaxtı onların yarana biləcək tələblərini ödəmək üçün iş aparır. Məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək»-deyə açıqlamada bildirilir.