Bakı Limanındakı müvəqqəti sıxlıqla bağlı vəziyyət nəzarət altındadır.
Ələtdə 4 000-dən artıq TIR toplanıb – ÖLKƏDƏN ÇIXA BİLMİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda limanda 1463 nəqliyyat vasitəsi növbədə gözləyir ki, bunlardan 1000-i yük avtomobili, 463-ü isə qoşqudur.
Nəqliyyat vasitələrindən 535-i Qazaxıstan, 928-i isə Türkmənistan istiqamətinədir.
Müşahidə olunan artım mövcud geosiyasi vəziyyət fonunda regionda tranzit daşımaların çoxalması ilə əlaqədardır.
Gözləyən nəqliyyat vasitələrinin sayının daha da azaldılması üçün zəruri tədbirlər sistemli şəkildə həyata keçirilir — Türkmənistan və Qazaxıstan limanları, gəmiçilik operatorları və prosesin digər iştirakçıları ilə koordinasiya tam təmin edilir.













