“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan torpağın sahəsi dəqiqləşdirilib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Bakı şəhərinin Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi məqsədi ilə ayrılmış 400 hektar deyil, 369.26 hektar torpaq sahəsi ayrılacaq