Hazırda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda (Bakı Limanı) böyük həcmdə TIR-ların toplanması müşahidə edilir.
Eləcə də bax: Azərbaycandan Qazaxıstana bərə daşımalarına - MƏHDUDİYYƏT GÖTÜRÜLDÜ
FED.az xəbər verir ki, bunu “Caspian European Club”ın Bakıda təşkil etdiyi Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun müşaviri Tural Əliyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, buna səbəb koronavirusun (COVID-19) yayılması fonunda Türkiyə TIR-larına İran ərazisi ilə Türkmənistana keçidinə qoyulan məhdudiyyətlərdir.
"Yük axını baxımından bu, çox müsbət bir haldır. Bakı Lımanına keçid prosedurlarını asanlaşdırmaq məqsədilə çox gözləmədən TIR-ın o biri tərəfə keçməsi üçün bütün lazımi tədbirıəri həyata keçirilir", - deyə T. Əliyev qeyd edib.
Buna baxmayaraq, onun sözlərinə görə, koronavirusun yükdaşımalara mənfi təsiri də var ki, o da limandan keçən müəyyən tranzit yüklərin bəzi ölkələr tərəfindən qəbul edilməməsidir.
T. Əliyev onu da əlavə edib ki, ötən il liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-dək artım qeydə alınıb. Liman bu il də bütün istiqamətlər üzrə artım gözləyir.
Apa