Banner

Nəqliyyat

Bakı Limanı böyük həcmdə Çin yüklərini - QƏBUL ETMƏYƏ HAZIRDIR

Bakı Limanı böyük həcmdə Çin yüklərini - QƏBUL ETMƏYƏ HAZIRDIR | FED.az
10:37 7 Dek 2019

Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” işinə başlayıb.

FED.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından verilən məlumata görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək bildirib ki, 21-ci əsrin bütün texniki srandartlarına cavab verən Bakı Limanı böyük həcimdə Çin yüklərini qəbul etmək və regional qovşaq rolunu oynamağa hazırdır.

Eləcə də bax: Bakı Limanı, “ÖBB Rail Cargo Group” və Venlo Logistik Qovşağı arasında Anlaşma Memorandumu - İMZALANIB

Qonaqların diqqətinə çatdırılıb ki, noyabr ayının 25-də Vyanada Bakı Limanı Avstriyanın “ÖBB Rail Cargo Group” və Niderlandın “Cabooter Group” arasında Avropadan Çinə gedən yük dövriyyəsini artırmaq məqsədi ilə Anlaşma Memorandumu imzalayıb. Bu yeni marşrut üzərindən gələn ildən yüklərin Avropa İttifaqından Çinə nəql olunması nəzərdə tutulub.

Eləcə də bax: Bakı Limanında iri nəqliyyat vasitələrinin aşırılması - 64% ARTIB

Apa

 

Digər xəbərlər

Banner