"Buta Airways" aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.
FED.az aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, İstanbul hava limanında güclü qar müşahidə olunur.
Gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər. (Apa)