Azərbaycanda ən böyük sərnişin axınlarının müşahidə edildiyi iki şəhər – Bakı və Sumqayıt arasında daha iri tutumlu nəqliyyat vasitələrinin – metrobuslarının fəaliyyətə başlaması nəzərdə tutulur.
FED.az-ın məlumatına görə, «Xaliq Faiqoğlu» şirkətinin rəhbəri Faiq Seyidov bildirir ki, hazırda şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA ilə birgə bir sıra perspektiv layihələri nəzərdən keçirir:
«Bunlardan biri Bakı və Sumqayıt arasında metrobusların (Türkiyə istehsalı olan "OTOKAR" markalı 22 ədəd 21 metrlik elektrikmühərrikli metrobus nəqliyyat vasitəsi) istifadəyə verilməsi ilə bağlı layihədir. Bu layihə reallaşarsa, iki böyük şəhər arasında dayanıqlı və keyfiyyətli sərnişindaşımanın həyata keçirilməsi istiqamətində böyük addım olacaq. İnanırıq ki, bu kimi mütərəqqi ideyalar qısa vaxtda həyata keçəcək və nəqliyyat şəbəkəsinin inkişafına dəstək olacaq».