Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin noyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.
FED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda verilən məlumata görə, eyni zamanda bir neçə aviaşirkət – “Etihad Airways”, “Iraqi Airways”, “Lufthansa”, “Kuwait Airways” və “China Southern” Bakıdan uçarkən ən yüksək nəticəyə - 100% punktuallığa nail olub.
Eləcə də bax: Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi - 3,8 MİLYON NƏFƏR TƏŞKİL EDİB
Məlumata əsasən, "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "İran Air", "flyNAS", "Uzbekistan Airways", "Belavia" və "Qatar Airways" planlaşdırılmış uçuşların ən azı 90% -i yerinə yetirilmişdirlər. “Nordwind” (88.9%) və “Turkish Airlines” (85.5%) aviaşirkətləri həmçinin yüksək nəticə göstəriblər.
Qeyd edək ki, ümumilikdə 2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 30 sərnişin aviaşirkətinə xidmət göstərib.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.