Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
FED.az xəbər verir ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək.
Eləcə də bax:Bakıya gələn avtobuslarla bağlı məlumat - İNTERNETDƏ OLACAQ
Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, [email protected] e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.
Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “ Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı avqustun 12-si və 13-də qeyd ediləcək.