İyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv ediləcək. Bunu Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.
QSC-dən verilən məlumata görə, iyulun 16-dan sərnişinlər bu istiqamətdə Bakı-Böyük Kəsik qatarından istifadə edəcəklər.
Məlumata görə, bu ləğvetmə bir tərəfdən Bakı-Ağstafa-Qazax istiqamətində hərəkət edən qatardakı vaqonların istismar müddətini başa vuraraq təmir olunmasına zərurət yaranması, digər tərəfdən isə qatarların hərəkətinin optimallaşdırılması ilə bağlıdır.
Mənbə onu da əlavə edib ki, Bakı-Böyük Kəsik istiqaməti üzrə qatar saat 23:00-da yola düşəcək.