"Azərbaycan Dəmir Yolları" QSC (ADY) COP29 günlərində artan sərnişin tələbatını təmin etmək məqsədilə 17 noyabr tarixində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
ADY-dən FED.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərs.
Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər. Sərnişinləri yola salan və ya qarşılayanlar isə vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - məlumatda qeyd olunur.