Bakı-Ağdam-Bakı sərnişin qatarına bilet qiymətinin minimum 12 manat 80 qəpik olduğu açıqlansa da, hazırda 14 manatdan ucuz bilet tapmaq olmur.
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan AÇIQLAMA
FED.az xəbər verir ki, bununla bağlı iddialar sosial şəbəkələrdə paylaşılıb. Hətta bunu göstərən fotolar da var.
Bəs buna səbəb nədir?
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, ötən ilin noyabr ayından tətbiq edilən qiymət siyasətinə əsasən bilet öncədən alındıqda endirimlər olur.
Onun sözlərinə görə, yeni satış qiyməti sentyabrın 6-da sistemdə görünəcək.
Qeyd edək ki, Bakı-Ağdam qatarı 32 ildən sonra avqustun 30-da reysə çıxıb.