Bu ilin ilk ayında Azərbaycanın əsas hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu 360 min sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illərin yanvar ayı üzrə rekord göstəricidir.
AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin - Cəriməsiz Qaytarılmasına Başlayıb
FED.az xəbər verir ki, 2023-cü ilin əvvəlindən ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını 420 min nəfərdən çox təşkil edib.
Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və “Buta Airways” müvafiq olaraq 132 min və 47 min sərnişin daşıyıb.
2023-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 27 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “flyDubai” aviaşirkətləri ilə daşınıb.
Yanvar ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Mineralnıye Vodı, Ciddə, Şarja və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 221 min sərnişinə xidmət göstərilib.