Azərbaycanda hava limanlarında sərnişinlərə VIP xidmətlər üzrə haqlar müəyyənləşib.
FED.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar qəbul edib.
Belə ki, Azərbaycan aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VIP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın 3.10-cu bəndinə əsasən, Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarının 1 və 2 nömrəli əlavələri ilə təsdiq edilmiş siyahılara daxil olmayan sərnişinlərə, xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında göstərilən xidmətlər üzrə xidmət haqları hər bir sərnişin üçün aşağıdakı məbləğlərdə müəyyən edilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə - 40 (qırx) manat;
Azərbaycanın digər hava limanları üzrə - 20 (iyirmi) manat.
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın 3.10-cu bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarının 1 və 2 nömrəli əlavələri ilə təsdiq edilmiş siyahılara daxil olmayan sərnişinlərə xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında göstərilən xidmətlər üzrə xidmət haqları hər bir sərnişin üçün aşağıdakı məbləğlərdə müəyyən edilsin:
1.1. Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə - 40 (qırx) manat;
1.2. Azərbaycan Respublikasının digər hava limanları üzrə - 20 (iyirmi) manat.
2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Naxçıvan” Beynəlxalq Hava Limanı bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş xidmət haqlarının dəvət edən qurum və ya sərnişinlər tərəfindən ödənilməsini təşkil etsinlər.