Son zamanlara bazarda taksi xidməti fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı artıb.
FED.az xəbər verir ki, bu “Business Insight International Research Group”un “İstehlak vərdişlərinə dair marketinq araşdırması zamanı” məlum olub. Sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 8 iqtisadi rayonda 1109 respondentlə həyata keçirilib.
Eləcə də bax: Əhali ən çox hansı marketdən alış-veriş edir? – SİYAHI – ARAŞDIRMA
Araşdırma nəticələrindən də məlum olur ki, respondentlərin 44% artıq taksi xidmətlərindən istifadə edir. Sorğuya cəlb olunanlar 32 adda taksi xidmətinin adını qeyd ediblər.
FED.az xəbər verir ki, nəticələr göstərir ki, “Salam Taksi”(*9933) ən ucuz və ən operativ xidmətə üstünlük verməklə bazarda güclənməyi və müştəriləri özlərinə cəlb etməyi bacarıb.
Eləcə də bax:Azərbaycanda taksiyə minənlərin - SAYI ARTIB
Ölkədə ən çox taksi xidmətlərindən Bakı sakinləri istifadə edir. Ən çox taksi istifadəçilərinə Xətai rayonunda rast gəlinir(78,7%)
Daha çox hansı taksi sifariş xidmətindən istifadə edirsiz sualına respondentlər aşağıdakı kimi cavab veriblər.
“Salam Taksi”(*9933) - 22,7%
“Ailə Taksi” (*8555) - 12,8%
“Ekonom Taksi” (*9911) - 8,7%
“Bolt”(Taxify) - 8,5%
“Bumeranq Taksi” (*9333) - 6,8%
“Omega” (*0404) - 5,6%
“Maxim” (*2111) - 5,4%
“189 Taksi”- (*189) - 5,2%
“Maksim Taksi Gəncə” (*2244) - 3,7%
“Taksi” (*0066) - 2,9%
Digər taksi xidmətləri – 17%
Sorğuda iştirak edənlərin 56%-i "Sifarişli taksidən istifadə edirsinizmi?" sualına "xeyr", 44%-i isə "bəli" cavabı verib.