“Azimut” aviaşirkətinin iyunun 26-dan planlaşdırılan Krasnodar-Bakı reysi qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar ləğv edilib. Bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.
"Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılır - QƏRAR
FED.az xəbər verir ki, “Azərbaycanın aviasiya hakimiyyəti orqanlarının qərarı ilə bütün yaz-yay naviqasiyası dövrü üçün uçuşlar ləğv edilib”, - deyə mətbuat xidmətindən bildiriblər.
Daha əvvəl verilən məlumata görə, “Azimut” aviaşirkətinin Rostov-Don-Bakı reysi də iyunun 23-də eyni səbəbdən ləğv edilib.
Aviaşirkət iyunun ikinci yarısından başlayaraq Rostov-Don, Krasnodar və Mineralnıe Vodıdan Bakıya uçuşlara başlamağı planlaşdırmışdı. Mineralnıe Vodıdan ilk reys iyunun 19-da yerinə yetirilib.(interfaks)