Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük daşınmalarından əldə olunan gəlir 1 352 141,7 min manat təşkil edib, bu da illik müqayisədə 51,1% azdır.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 2 767 082,5 min manat səviyyəsində olub.
Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə sərnişin daşınmalarında əldə olunan gəlir 1 103 372,4 min manat olub, bu da 29,3% artım deməkdir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşınmalarında əldə olunan gəlir 853 592,9 min manat olub.