Azərbaycanda 2022-ci ilin yanvar- mart aylarında hava nəqliyyatının əsas göstəriciləri açıqlanıb.
Eləcə də bax: İlk rübdə Azərbaycanda hava karqosundan gəlir - 37% ARTDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Hesabat dövründə Azərbaycanda hava nəqliyyatı vasitəsilə 152 min ton yük daşınıb.(Ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% -lik artım) .Yük daşınmasının 99%-i beynəlxalq əlaqələr üzrə həyata keçirilib.
2022-ci ilin ilk rübündə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 364 min nəfər olub, ötən illə müqayisədə 2 dəfədən çox artıb.( Ötən ilin eyni dövründə 122 min nəfər)
Azərbaycanın 2022- ci ilin yanvar- mart aylarında hava nəqliyyatı vasitəsilə yük daşınmasından əldə etdiyi gəlir 877 mln. manat (ötən illə müqayisədə 37%-lik artım), sərnişin daşımasından əldə etdiyi gəlir isə 2 dəfədən çox artaraq 169 mln. manat təşkil edib.