"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri hazırda Qazaxıstan istiqamətində daşımaları davam etdirirlər.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə ASCO-un mətbuat katibi Mehman Mehdiyev bildirib.
"ASCO olaraq Qazaxıstanda baş verən prosesləri davamlı izləməkdəyik. Bu istiqamətdə daşımalara hər hansı bir təsir olacağı təqdirdə gedişata uyğun müvafiq qərar qəbul olunacaq", - M. Mehdiyev bildirib.