Fevral ayının 9-da "Alstom Transportation S.A." şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) tərəflər arasında imzalanmış müqavilə əsasında 40-cı yük lokomotivini təhvil verib.
Eləcə də bax: BNA-da yoxlamalar nəticəsində qanunsuzluqlar - AŞKARLANIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan araşdırmaya görə, Qazaxıstandan gətirilimiş sözügedən lokomotivin dəyəri 6,48 mln. ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan ümumilikdə bu ilin yanvar-fevral aylarında Qazaxıstandan 104,43 mln. dollarlıq 16 ədəd elektrik lokomotiv idxal edib.
Qeyd edək ki, 2014-cü ildə ADY, "Alstom"un Transmashholding (TMH) ilə ortaq müəssisəsi olan EKZ ilə 50 elektrik lokomotivi, o cümlədən 40 Prima T8 AZ8A yük lokomotivi və 10 Prima M4 AZ4A sərnişin lokomotivi almaq üçün müqavilə bağlayıb. (Apa)