Bu gün 1984 ton dizel yanacağı (31 vaqon) Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilir.
Azərbaycan 1 ayda Ermənistana 2,4 milyon dollarlıq məhsul - İXRAC EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 135 ton gübrə yüklü 2 vaqon bu gün Bakıdan yola salınır.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir. (Apa)











