Sentyabrın 18-də Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçərək Rusiya Federasiyasına müxtəlif təyinatlı yüklər aparan bəzi maşınların sərhədi keçməsində problemlər yaranıb.
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitələrindəki yükün çəkisi normadan artıq olduğundan Rusiya Federasiyasının müvafiq qurumları həmin avtomobilləri ölkə ərazisinə buraxmır.
Nəticədə normadan artıq yük aparan nəqliyyat vasitələri Azərbaycan-Rusiya sərhədində gözləmək məcburiyyətində qalıblar.
Komitədən bildirilib ki, mövcud problem ölkəmizin gömrük orqanlarının fəaliyyəti ilə əlaqədar deyil. Eyni zamanda bildiririk ki, komitənin müvafiq qurumları tərəfindən Rusiya Federasiyasına yük daşıyan nəqliyyat vasitələrinin sürücülərinə yükün miqdarına dair tələblərə ciddi şəkildə riayət edilməsi tövsiyə olunsa da bəzi hallarda bu xəbərdarlıqlara məhəl qoyulmur.
Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının Federal Gömrük Xidməti və müvafiq qurumları ilə məsələnin həlli istiqamətində danışıqlar aparır.
Azərbaycandan gedən yük maşınları Rusiya sərhəddində saxlanıldı - SƏBƏBLƏR
22:38
18 Sen 2018