2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda yük avtomobillərinin sayı ən az olan şəhər və rayonlar da müəyyən edilib.
FED.az Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu göstəriciyə görə sonuncu yerdə Naftalan şəhəri qərarlaşıb. Bu şəhərdə yük avtomobillərinin sayı cəmi 87 ədəddir.
Siyahıda ən az yük avtomobilinə sahib olan digər rayonlar sırasında Xocavənd (214 ədəd), Xocalı (264 ədəd) və Xızı (303 ədəd) rayonları yer alır. Bu sıranı Şuşa rayonu (458 ədəd), Yardımlı rayonu (538 ədəd) və Zərdab rayonu (548 ədəd) davam etdirir.
Reytinqin sonlarında həmçinin Zəngilan (641 ədəd), Siyəzən (650 ədəd) və Oğuz (684 ədəd) rayonları qərarlaşıb.