2024-cü ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda 35 milyon 189,6 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 397,4 min ton və ya 4,1 faiz çoxdur.
2024-cü ilin yanvar-fevral aylarında 33 milyon 792,2 min ton yük daşınıb.
Hesabat dövründə ümumilikdə yük dövriyyəsi 15 milyard 134,1 milyon ton-km təşkil edib ki, bu illik müqayisədə 527,4 milyon ton-km və ya 3,6% çoxdur.
Ötən ilin iki ayı ərzində yük dövriyyəsi 14 milyard 606,7 milyon ton-km təşkil edib.