Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “ABADA” İB arasında imzanana memoranduma əsasən, “İcazə blankları”nın bölgüsünün ilk mərhələsi həyata keçirilib.
Azərbaycan bu il nə qədər avtomobil istehsal edib? - RƏSMİ
FED.az xəbər verir ki, Xüsusi Komissiyanın 15 iyun 2021-ci il tarixində keçirilmiş iclasının protokoluna əsasən budan sonra başıyıcıların tələbatından az olan “İcazə” blanklarının bölgüsünün aparılması zamanı daşıyıcılardan daşımanın həqiqiliyini tələb edən sənədlər (daşınma müqaviləsi, CMR və gömrük bəyannaməsi) sorğu ediləcək.
Bundan başqa, VÖEN sənədi aktiv olmayan daşıyıcıların müraciətlərinə baxılmayacaq.
Daxil olan müraciətlər üzrə 30 daşıyıcıya 8502 “İcazə” blankının bölgüsü aparılıb (müvafiq cədvəl əlavə olunur) və bölgünün nəticələri barədə Protokoldan Çıxarış “İcazə” blanklarının verilməsi üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə göndərilib.