Azərbaycanda yol tikintisi məqsədilə sökülən obyektələrə görə kompensasiya ödəyəcək qurum müəyyən edilib.
Eləcə də bax: AAYDA-nın ötənilki büdcəsi - 2 Milyard Manatdan Çox Olub
FED.az xəbər verir ki, bu - "Avtomobil yolları” Məqsədli Büdcə Fondudur.
Nazirlər Kabineti «Avtomobil yolları» Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi qaydalarına dəyişiklik edib. Yeniliyin əsas istiqaməti fondun üzərinə yeni öhdəliklərin qoyulmasıdır.
Belə ki, indiyədək Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı üçün onların saxlanılmasını və təmirini təmin etmək saylırdısa, bundan sonra həmin vəzifələrə
avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsi də aid edilib.
Bundan başqa, indiyədək fondun vəsaiti avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və təmiri ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiyi halda, indi buraya avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsi də aid edilib.
Fondun vəsaitlərindən istifamdə istiqamətlərindən biri olaraq qərara edilən dəyişikliyə əsasən bu hissə əlavə edilib: «avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə uyğun olaraq, avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsi».