Nəqliyyat

Azərbaycanda yol tikintisi üzrə böyük tender - PULU DÜNYA BANKI VERİR

Azərbaycanda yol tikintisi üzrə böyük tender  - PULU DÜNYA BANKI VERİR | FED.az
08:59 8 May 2021

Azərbaycanda Regional Yollar və İnkişaf Layihəsi çərçivəsində ilkin qiymətləndirməyə (prekvalifikasiyaya) dəvət elan edilib.

FED.az xəbər verir ki, dəvət M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin (mövcud yol oxu) yenidən qurulmasına aiddir.

Qeyd edək ki, Azərbaycan hökuməti Regional Yollar və İnkişaf Layihəsinin maliyyələşdirilməsi üçün Dünya Bankının qurumu olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) müraciət etmiş və vəsaitin bir hissəsini Yenikənd və Biləsuvar arasındakı mövcud yolun bərpası üçün müqavilə üzrə ödənişlərə istifadə etmək niyyətindədir.

 

Tender işlərini Azərbaycan Avtomobil Yol¬ları Dövlət Agentliyi (AAYDA) aparır.

Yol hissəsi M3 ma­gistral avtomobil yolunun 32+140 kilometrindəki qovşaqdan başla­yaraq Salyan şəhərinin kənarında Kür çayına çatmamış cənub-qərbə doğru gedir və yolun 103+320 kilometrində başa çatır. Salyandan başlayaraq yol qərbdən Biləsuvar şəhərinə getməzdən əvvəl Sarvan və Şorsulu kəndlərindən keçir. Yenidən qurulacaq yol hissəsinin ümumi uzunluğu 70.5 kilometrdir. Mövcud yol tamamən olmasa da, əsasən II kateqoriyalı yol ölçülərinin tələblərinə uyğundur. Mövcud yol örtüyü çoxsaylı qüsur­lar olmaqla ümumilikdə yararsız vəziyyətdədir və beş ədəd çay-kanal keçidinin dəyişdirilməsinə də ehtiyac vardır. Geometrik xüsusiyyətləri yaxşılaşdırmaq və təhlükələri aradan qaldırmaq üçün məhdud düzəlişlər istisna olmaqla, yenidən qurulacaq yol mövcud üfiqi yol oxu üzrə davam etdiriləcəkdir. Yeni yol geyiminə asfalt- beton səth, asfalt yapışdırı­cı-bağlayıcı lay, asfaltın əsas layı və dənəvər alt layı daxildir. Möv­cud beş körpü tamamilə yeniləri ilə əvəz ediləcək və bir yeni körpü tikiləcəkdir.

Yolun bərpası üçün ehtimal edilən tikinti müddəti 24 ay və sonra isə qüsurların aradan qaldı­rılması müddəti 24 ay olacaqdır. Yol ,tikinti zamanı nəqliyyatın hərəkəti üçün açıq qalacaq və podratçı nəqliyyatın idarə olunma­sına cavabdeh olacaqdır. Təxmini iş həcmləri aşağıdakılardır:

Torpaq işləri (dolğu) 1,270,000 m3

Torpaq işləri (qazma) 500,000 m3

Dənəvər tərkibli yol geyimi layları 920,000 m3

Bitum tərkibli yol geyimi layları 180,000 m3

Körpünün hərəkət hissəsinin (tava) sahəsi 4,000 m2

Yığma dəmir-beton körpü tirləri 2,800 m

Qazma monolit svaylar 2,300 m

Tenderə dəvətin 2021-ci ilin iyul ayında olacağı gözlənilir.

3. İlkin qiymətləndirmə (prek­valifikasiya) Dünya Bankının “İLM Borcalanları üçün Satınalma Qaydaları”nda (2020-ci ilin noyabr ayında nəşr olunan) (“Satınalma Qaydaları”) müəyyən edilən pro­sedurlara müvafiq olaraq həyata keçiriləcək və Satınalma Qayda­larına əsasən iştirak hüququ olan bütün iddiaçılar üçün açıqdır.

4. Maraqlı olan iddiaçılar əlavə məlumatı aşağıda göstərilən ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iş saatlarında, saat 10.00-dan saat 17.00-a kimi (Bakı vaxtı ilə) əldə edə bilərlər. Maraqlı olan iddiaçılar ilkin qiymətləndirmə sənədinin ingilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana yazılı şəkildə müraciət etməklə və geri qaytarılmayan 300 AZN və ya 170 ABŞ dolları ödəməklə əldə edə bilərlər. Ödəniş aşağıdakı bank hesabına köçürülməlidir:

Təşkilatın adı- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

VÖEN- 9900013141

Bank- “Kapital Bank” ASC-nin Nəsimi filialı

SWIFT- AIIBAZ2X

Mh- AZ­37NABZ01350100000000001944

Hh- AZ69AI­IB38050019441801833111 AZN

AZ59AI­IB38150018401801833111 ABŞ dolları

Bankın VÖENi- 9900003611

Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqda sənədlər aşağıdakı ünvandan əldə edilə və ya iddiaçı tərəfindən təşkil olunan və xərci ödənilən kuryer vasitəsilə çatdırıla bilər. Sənədlərin itirilməsi və gecikməsinə görə AAYDA heç bir məsuliyyət daşımayacaqdır. İlkin qiymətləndirmə sənədinin elektron satışı həyata keçirilmir.

5. Tenderin ilkin seçim mərhələsi üçün müraciətlər 21 may 2021-ci il yerli vaxtla saat 17.00-a kimi üzərində aydın qeydlər olunmaqla bağlı zərflərdə aşağıdakı ünvana təqdim edilməlidir. Gecikən müraciətlər açılmadan iddiaçılara geri qaytarı­lacaqdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idarə heyətinin sədri cənab Saleh Məmmədovun diqqətinə

Ünvan-Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi R. İs­mayılov küçəsi 2025-ci məhəllə.

Ofis- 2 saylı Layihə İdarəetmə Qrupu, otaq № 224

Telefon- (+994 12) 499 79 02

Faks- (+994 12) 499 79 44

Elektron ünvan- [email protected]

Surəti- [email protected]­ravtoyol.gov.az

Veb ünvan- www.aayda.gov.az 

Banner
Banner

Digər xəbərlər