3 iyun – Ümumdünya Velosiped Günüdür. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.
Eləcə də bax: Bakıda ekspres xətt avtobuslarının - FƏALİYYƏTİ DAYANDIRILIR
“Azərbaycan Dəmir Yolları” QSC-dən FED.az-a bildirilib ki, hər kəs öz velosipedini belə dayanacaqlarda ödənişsiz park edə bilər. Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.