Bu ilin ilk yarısında hava nəqliyyatı işçilərinin sayında illik müqayisədə cüzi artım müşahidə olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda bu sahədə çalışan işçilərin sayı 13 min 477 nəfər olub.
2023-cü ilin yanvar-iyun ayları müqayisədə işçilərin sayında 767 nəfər və ya 6% artım baş verib.
Bildirək ki, ötən ilin ilk yarısında hava nəqliyyatı işçilərinin sayı 12 min 710 nəfər idi.