Azərbaycanda nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti rəsmi olaraq qalxdıb.
FED.az "Avtosfer.az"a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin qəbul etdiyi dəyişiklik yanvar ayının 1-dən qüvvəyə minib. Belə ki, artıq bütün nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti 30 manat təşkil edir.
Qeyd edək ki, Milli Məclisin 30 sentyabr tarixində keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. İclasda rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.