2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib. Taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub.
AYNA: Taksi avtomobillərinin orta yaşı 15-dən 7-yə düşüb
FED.az xəbər verir ki, bunu jurnalistər üçün keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartının alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir.
"Buraxılış kartı alan taksilərin 35%-i 2020-2024-cü illər arasında istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi sifarişi operatoruna icazə verilmişdir. Təxminən 34198 taksi sürücüsü təlim keçmişdir. 135 yerdə taksi duracağı mövcuddur və bu şəbəkənin genişləndirilməsi davam etdirilir. 2024-cü ilin dekabr ayını keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə taksi sifarişlərinin sayında -31- 32% azalma müşahidə edilib. E-Taksi sistemi formalaşdırılıb”, - deyə sədr qeyd edib. (Trend)