Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq.
FED.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Eləcə də bax: Gecə reysindəki avtobusların sürətinə - MƏHDUDİYYƏT QOYULUB
Məlumata görə, yenilik gələn ilin mart ayından olacaq: "Hazırda Bakıdan Gəncə, Qırmızı Körpü, Mingəçevir, Şəki istiqamətlərində gecə reysləri həyata keçirilir. Daha 5 regionun bu siyahıya əlavə edilməsi nəzərdə tutulub".
Xatırladaq ki, bu ilin oktyabrın 1-dən Bakıdan regionlara gecə reysləri bərpa olunub. Bu addım 10 illik fasilədən sonra atılıb.
Report