Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) biletlərinin baha olması ilə aparılan araşdırma nəticəsində müəyyən edilib ki, bu sahədə antiinhisar qanunvericiliyinin pozulması müşahidə edilmir.
Rəhman Hümmətov: "Regional hava limanlarının inkişafı ilə bağlı hazırda işlər aparılır"
FED.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Şirkətin uçuş həyata keçirdiyi ölkə sayı məhduddur və digər bir çox ölkəyə uçuşları xarici aviaşirkətlər həyata keçirir.
İstehlakçılar üçün ucuz aviabiletlərin təşkil edilməsi istiqamətində bir sıra işlərin görülməsi planlaşdırır.
"Regionlardakı bir sıra hava limanlarını xarici şirkətlərin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın. Ümid edirik ki, gələcəkdə buna baxılacaq və daha aşağı qiymətli biletləri vətəndaşlar əldə edəcəklər" - deyə Cəfər Babayev bildirib.