“Azərbaycan Dəmir Yolları” QSC koronavirusla bağlı ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirlərini davam etdirir.
Eləcə də bax: Əmlak Komitəsi də - DEZİNFEKSİYAYA BAŞLADI
FED.az "report"a istinadən xəbər verir ki, profilaktik tədbirlər nəinki qatarlarda, həmçinin stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.
Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları”nda xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (012) 499 61 11 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb.