Xəbər verildiyi kimi, Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolu gələn ilin may ayında fəaliyyətə başlayacaq.
Ayda 1500 manat qazanan şəxs - NEÇƏ MANATLIQ MAŞIN ALMALIDIR? – HESABLAMA
FED.az xatırladır ki, pullu yol Bakı-Quba-Rusiya sərhədi, yəni Bakı–Quba yolunun bir hissəsini təşkil edəcək. Hazırda mövcud olan Bakı-Yuba yolu Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən (yəni 45-ci kilometrdən) başlayaraq iki yerə ayrılacaq. Bunlardan biri hazırda mövcud olan beton yol, digəri isə yeni tikilən pullu yol olacaq.