2024-cü ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,6 faiz və 7,8 faiz artıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 73,8 milyon ton yük daşınmışdır. Yüklərin 3,5 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,2 faizi hava, 57,0 faizi avtomobil nəqliyyatı, 31,2 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 faiz artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,3 faiz təşkil edib. 2024-cü ilin yanvar-aprel aylarında nəqliyyatçılar 623,9 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.