2025-ci ilin yanvar-mart aylarında metro nəqliyyatında işçilərin sayı 4 442 nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu rəqəm 2024-cü illə müqayisədə 49 nəfər və ya 1,1% azalıb.
2024-cü ilin müvafiq dövründə metro nəqliyyatında işçilərin sayı 4 491 nəfər idi.