Son bir ildə nəqliyyat sektorunda işləyən işçilərin maaşları 10%-ə yaxın artıb.
AYNA 6 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib
Belə ki, 2024-ün sonunda nəqliyyat işçilərinin orta maaşı 1 395 manat olub. 2023-ün sonunda bu rəqəm 1 278 manat idi – artım 9%.
Yerüstü və boru kəməri nəqliyyatı sahəsində işləyənlərin maaaşı 1 143 manat (11% artım) dəmir yolunda çalışanların maaşı isə 1 403 manat (11,5% artım) olub.
Metroda çalışanların maaşları 3,8% artaraq 1 277 manata yüksəlib.
Nəqliyyatda ən aşağı əmək haqqı olan sahələrdən biri avtomobil sektorundadır - 945,6 manat və illik 10,5% artım.
Ötən il boru kəməri sahəsində işləyənlərin orta əmək haqqı 2 266 manat olub, bu 16% artım deməkdir, bir il əvvəl bu sahədə maaşlar 1 949 manat idi.
Qaz kəmərində işləyənlər neft kəmərindəkilərə nisbətən daha çox qazanırlar – 1949 manata qarşı 2412 manat. Son bir ildə qaz kəmərində işləyənlərin maaşı 19% artıb. Neft kəmərlərində artım 9% olub.
Dəniz nəqliyyatında çalışanların orta əmək haqqı 2 341 manat olub (4,2% artım).
Hava nəqliyyatında işləyənlərdə isə orta maaş 2 015 manat olub – artım təqribən 10%. Anbar təsərrüfatı və yardımçı nəqliyyat sektorunda əmək haqqları 2024-cü ildə 5% artaraq 1312 manata yüksəlib.
Nəqliyyat sahəsində ən aşağı əmək haqqı poçt və kuryer xidmətlərindədir – burada orta əmək haqqı 596 manatdır – il ərzində 13% artım olub.