Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb.
Eləcə də bax: Azərbaycanda pullu yolun bir hissəsinin tikintisi - Başa Çatıb - Foto - Video
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Agentlik sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir.
"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsinin 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır", - deyə S.Məmmədov bildirib.