2024-cü ilin yanvar-aprel aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 milyon 613,2 min ton təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalıb.
Yüklərin 50,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 4406,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 3540,3 min tonunu və ya 80,3 faizini tranzit yüklər təşkil edib.
2024-cü il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 228,1 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 8,6 min nəfər olub.