Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 8313,9 min ton təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,4 faiz artıb. Yüklərin 54,9 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 12307,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 10190,4 min tonunu və ya 82,8 faizini tranzit yüklər təşkil edib.
2023-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 405,8 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 21,8 min nəfərə çatıb.