Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olacaq.
Eləcə də bax: Bakıdakı elektrik qatarlarında ödəniş təmassız - Bank Kartları İlə Olacaq
FED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanılıb.
Şamaxı şəhərində fəaliyyət göstərən avtobuslara təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb.
Geniş imkanlara malik sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir. Bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.
Sistem istənilən bank kartını dəstəkləyir. Vətəndaş bank kartı olmadığı halda bu xidmətdən yararlanmaq üçün istənilən bank kartından istifadə etməklə nəqliyyatdan istifadə edə bilər.
Sözügedən kartı “Azərpoçt” MMC-nin filial və şöbələrindən əldə etmək olar. Kartların şəhərin müxtəlif yerlərində quraşdırılan xüsusi qurğulardan da əldə edilməsi imkanı yaradılacaq. Bu layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq hazırlanıb.
Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, marşrut xəttini müəyyənləşdirmək olacaq. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı “Prepaid” kartın üzərinə tutmaq kifayətdir.
Qeyd edək ki, ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “ağıllı” şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır. (Baku.tv)