2024-cü ilin sonuna olan məlumata əsasən, Azərbaycanda avtomobillərin sayı ən az olan şəhər və rayonlar da məlum olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir.
Bu göstəriciyə görə sonuncu yerdə Naftalan şəhəri qərarlaşıb. Bu şəhərdə avtomobillərin sayı cəmi 1,426 ədəddir.
Siyahıda ən az avtomobilə sahib olan digər rayonlar sırasında Xızı (1,919 ədəd), Xocavənd (2,261 ədəd) və Xocalı (2,834 ədəd) rayonları yer alır. Bu sıranı Siyəzən rayonu (4,449 ədəd), Şuşa rayonu (4,707 ədəd) və Daşkəsən rayonu (4,837 ədəd) davam etdirir.
Reytinqin sonlarında həmçinin Yardımlı (5,129 ədəd), Qobustan (5,770 ədəd) və Zərdab (6,218 ədəd) rayonları qərarlaşıb.